Avstriya hökuməti yüksək inflyasiya fonunda artan qiymətlərə görə əhaliyə xərclərini kompensasiya etmək üçün 28 milyard avrodan çox yardım paketi ayıracaq.
Bu barədə Avstriya kansleri Karl Nehammer məlumat verib.
“Biz insanlarımıza inflyasiya nəticəsində itirdikləri pullarını geri qaytarmaq barədə qərar verdik”, – deyə K.Nehammer Vyanada mətbuat konfransında bildirib.
Kansler əlavə edib ki, yardım paketi inflyasiyanın artması nəticəsində bahalaşmadan əziyyət çəkən əhalinin yükünü yüngülləşdirməlidir.
Beləliklə, Avstriyada pensiyaçılar 500-1 000 (885-1,771 manat) avro, uşaqlı ailələr hər uşağa görə 900 avro (1 594 manat), yoxsullar isə 800 avro (1 417 manat) yardım paketi alacaq.
İşləyən şəxslərə isə ödədikləri vergi məbləğinə əsasən maddi yardım ayrılacaq.
Mənbə: TASS
www.RIA24.az