Ukraynalıların çətin zamanlarında onlara yardım edənlər sırasında Qax rayonundan olan həmyerlimiz, 40 ildən çoxdur Ukraynada yaşayan, Şərqi Avropa ölkələrində mesenat kimi tanınan iş adamı Oktay Əfəndiyev də var.
Bu barədə Baku TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, o, müharibə başlayandan bəri digər iş adamları kimi ölkəni tərk etməyib, xeyriyyəçilik missiyasını daha da genişləndirib.
“Onun yaratdığı fond vasitəsilə müharibənin ilk günündən hər həftə Kiyev ətrafından 100 sakin təxliyə edilib. Həmyerlimiz Kiyevin işğaldan azad edilən qəsəbələrini himayəyə götürərək dağıdılan təhsil müəssisələrini yeni texnoloji avadanlıq və dərsliklərlə təmin edir”, – deyə əlavə edilib.
www.RIA24.az