Türkiyədə “AKINCI” pilotsuz uçuş aparatı daha bir uğura imza atıb.
Bu barədə “Baykar” şirkətinin “Twitter” hesabında məlumat yayılıb.
“TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 ilə ilk atəş sınağı uğurla tamamlanıb.
“Baykar”ın açıqlamasına görə, “TÜBİTAK SAGE” tərəfindən hazırlanmış KGK-SİHA-82 sursatı ilə iyunun 14-də Çorludan havaya qalxan “Bayraktar AKINCI” Sinop sahillərində həyata keçirilən ilk atış sınağını müvəffəqiyyətlə tamamladı.
“AKINCI” üzərindəki elektro-optik kamera və yerdəki telemetriya antenləri 30 kilometr uzaqlıqdakı hədəfin yüksək dəqiqliklə vurulduğunu təsdiqləyib.
www.RIA24.az