Fransada may ayında inflyasiya illik 5,2% təşkil edib ki, bu da 1985-ci ildən bəri ən yüksək göstəricidir.
Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb.
Məlumata görə, ümumi inflyasiya səviyyəsinə enerji (27,8%), xidmətlər (3,2%), ərzaq (4,3%) və digər malların (3%) bahalaşması təsir edib.
O da vurğulanıb ki, inflyasiya 1985-ci ilin sentyabrından bəri ilk dəfə olaraq 5%-lik həddi keçib.
www.RIA24.az