Ronald Reyqana sui-qəsd təşkil edən amerikalı azadlığa çıxdı – FOTO

Dünya

1981-ci ildə ABŞ-ın ovaxtkı prezidenti Ronald Reyqana sui-qəsd təşkil edən amerikalı Con Hinkli heç bir şərt olmadan məhkəmə nəzarətindən azad edilib.

“41 il iki ay 15 gün sonra, nəhayət, azadlıq!!!” – deyə o, “Twitter”də yazıb.

Hinkli iyunun 15-də ona qarşı qoyulan məhdudiyyətlərdən azad edilib.

O, 30 mart 1981-ci ildə Vaşinqtondakı “Hilton” hotelindən çıxan ABŞ-ın keçmiş prezidenti Ronald Reyqana atəş açıb və ciyərini zədələyib. Reyqandan başqa, Ağ Evin mətbuat katibi, məxfi xidmət agenti və bir polis məmuru yaralanıblar. Hinkli psixozdan əziyyət çəkirmiş və aşiq olduğu aktrisa Codi Fosteri bu hərəkəti ilə təsirləndirmək istəyib.

1982-ci ildə məhkəmə qərarı ilə məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərilən Hinkli 2016-cı ilə qədər orada qalıb.

Daha sonra ona Virciniya ştatının Vilyamsberq şəhərində yaşlı anası ilə birlikdə yaşamağa icazə verilib, lakin ondan müəyyən şərtlərə əməl etməsi tələb olunub.

Mənbə: Reuters

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir