Türkiyə, Böyük Britaniya və Ukraynanın müdafiə nazirləri Brüsseldə görüşdülər – FOTO

Dünya

Türkiyə, Böyük Britaniya və Ukraynanın müdafiə nazirləri arasında üçtərəfli görüş keçirilib.  

Toplantı NATO müdafiə nazirlərinin görüşü çərçivəsində Belçikanın paytaxtı Brüsseldə baş tutub.

Türkiyə müdafiə naziri Hulusi Akar, britaniyalı həmkarı Ben Uolles və Ukrayna müdafiə naziri Aleksey Reznikov arasında keçirilən görüşdə regional müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı məlumat mübadiləsi aparılıb, Ukraynadakı son hadisələr müzakirə edilib.

Bu çərçivədə həmçinin Ukrayna limanlarında gözləyən taxıl yüklü gəmilərin təhlükəsiz şəkildə çıxarılması və A400M təyyarələrinin Türkiyəyə təhlükəsiz daşınmasının təmin edilməsi məsələlərinə də toxunulub.

Mənbə: TRT Haber

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir