Rumıniya Prezidenti Klaus Yohannis cümə axşamı Kiyevə gələcək və burada Fransa, Almaniya və İtaliya liderlərinə qoşulacaq.
Bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron Yohannisi üçlüyə qoşulmağa dəvət edib.
Yohannis üç liderin yola çıxdığı qatarda onları müşayiət edən çoxsaylı nümayəndə heyəti və mühafizəçilər olduğu və bu səbəbdən yer qalmadığı üçün Buxarestdən Kiyevə təkbaşına səfər edib.
Mənbə: Evropeyskaya pravda
www.RIA24.az