“Ən yeni silahlar Ukraynaya Rusiyanın işğal etdiyi əraziləri, o cümlədən Krım və Donbası qaytarmağa kömək edəcək”.
Bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov Brüsseldə CNN telekanalına müsahibəsində bildirib.
“Biz bütün ərazilərimizi, o cümlədən Krımı azad edəcəyik”, – deyə o qeyd edib.
Reznikov Krımın “Ukrayna ərazisi olduğu üçün” Ukrayna üçün strateji hədəf olduğunu, lakin Ukrayna qoşunlarının bu hədəflərə tədricən, addım-addım irəliləməyi planlaşdırdığını bildirib.
O cümlədən, ukraynalı nazir əlavə edib ki, növbəti itkilərin qarşısını almaq üçün ilk addım yerlərdə vəziyyətin sabitləşdirilməsi olacaq. İkinci mərhələ, onun fikrincə, rus qoşunlarının 24 fevral işğalından əvvəlki mövqelərinə çəkilməsidir.
Reznikov hesab edir ki, yalnız üçüncü mərhələdə Ukraynanın tərəfdaşları ilə ərazilərin, o cümlədən Krımın necə azad edilməsi ilə bağlı müzakirələr aparılacaq. O vurğulayıb ki, Ukrayna Rusiyaya hücum etmək üçün tərəfdaşların silahından istifadə etmək niyyətində deyil, lakin Krım Rusiyanın ərazisi deyil.
Krımın azad edilməsinin “Rusiyanı daha da təhrik edə biləcəyi” ilə bağlı Qərbin tipik aydınlaşdırılmasına isə Reznikov belə cavab verib: “Fərq etməz. Çünki onlar bunu Xersonda görəcəklər, Zaporojyedə də görəcəklər, Mariupolda da görəcəklər”.
www.RIA24.az