Kiyevdə Apellyasiya Məhkəməsi “minalanıb”

Dünya

İyunun 16-da Kiyev Apellyasiya Məhkəməsinin binasının minalanması ilə bağlı xəbər daxil olub.

Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.

“Kiyev Apellyasiya Məhkəməsi hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlərin görülməsi üçün işi müvəqqəti dayandırmağa məcburdur”, – deyə məlumatda bildirilir.

İşçilərin və məhkəməyə gələnlərin təxliyə edildiyi qeyd olunur.

Əməliyyat zamanı, demək olar ki, bütün Ukraynada hava hücumu xəbərdarlığı işə düşüb.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir