ABŞ-da Səudiyyə səfirliyilə üzbəüz küçəyə qəddarcasına öldürülən Kaşıkçının adı verildi – FOTO/VİDEO

Dünya

Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirliyinin yaxınlığındakı küçə qəddar şəkildə qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşıkçının (Haşuqi) şərəfinə adlandırılıb.

Bu barədə paytaxtın Kolumbiya dairəsinin administrasiya rəhbəri Fil Mendelson bildirib.

“2018-ci ilin oktyabrında o, Səudiyyə Ərəbistanı konsulluğuna daxil oldu və dövlət agentləri tərəfindən vəhşicəsinə öldürüldü, bu isə bütün dünyada qəzəb doğurdu. Bir jurnalist kimi Camal Kaşıkçı demokratiya, insan haqları və qanunun aliliyinin sadiq tərəfdarı idi. Dürüst və azad mətbuat olmadan cəmiyyət səmərəli fəaliyyət göstərə bilməz. Səudiyyə Ərəbistanı Krallığının səfirliyi ilə üzbəüz olan küçəyə Camal Kaşıkçının adını verməklə rayon onun şərəfinə xatirə abidəsi yaradır”, – deyə Mendelson tvitində yazıb.

O, həmçinin küçənin adı yazılmış yol nişanının açılış mərasimini əks etdirən video yayımlayıb. CNN-in məlumatına görə, bu, Nyu-Hempşir prospektinin bir hissəsidir.

Xatırladaq ki, Camal Kaşıkçı 2018-ci ilin oktyabrın 2-də İstanbulda Səudiyyə Ərəbistanının Baş konsulluğunda qətlə yetirilmişdi. Sonradan Türkiyə mediası hüquq-mühafizə orqanlarına istinadla Kaşıkçının konsulluğun binasında qəddarcasına işgəncəyə məruz qaldığını və öldürüldüyünü xəbər verib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir