Zelenski Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri ilə görüşüb

Dünya

Kiyevdə Prezident Volodimir Zelenski ilə Fransa, Almaniya, İtaliya və Rumıniya liderləri arasında görüş başlayıb.

Qonaqları müşayiət edən media nümayəndələri görüşdən fotoları dərc edib.

İrpeni ziyarət etdikdən sonra kansler Olaf Şolts, Baş nazir Mario Draqi, prezidentlər Emmanuel Makron və Klaus Yohannis Kiyevə qayıdıb və Bankovada Zelenski ilə görüşüblər.

Daha əvvəl bildirilirdi ki, iclasda silah-sursat tədarükü və Ukraynanın Aİ üzvlüyünə namizədlik statusu ilə bağlı müraciəti müzakirə olunacaq.

Mənbə: Ukrainskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir