Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, son sutkada Kiyevdə nisbətən sakitlik olsa da, Ukraynanın digər cəbhələrində gərginlik davam edib.
Qeyd edilib ki, ötən gecə diversiya qrupları ilə mübarizə şəraitində keçib:
“Donetsk və Zaporojye vilayətlərində bir gecədə Rusiya ordusunun 200-ə qədər diversiya üzvü zərərsizləşdirilib”.
Həmçinin Donetskdə həmyerlimizə məxsus mənzil və avtomobil artilleriya atəşi nəticəsində yararsız hala düşüb.
Ətraflı videonu təqdim edirik:
www.RIA24.az