Qarabağdakı ermənilər mobil xidmətdən də məhrum oldu

Dünya

Ermənistanın ən böyük mobil xidmət operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

Bu barədə hazırda Ermənistanda 2 milyon abonentə mobil operator xidmətini göstərən “Viva-MTS” şirkəti məlumat yayıb.

“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər” – “Viva-MTS”in məlumatında qeyd olunur.

“Viva-MTS” rouminq xidmətinin tarifləri barədə əlavə olaraq məlumatın veriləcəyini də qeyd edib.

Mənbə: Mts.am

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir