İsveç Parlamentinin mayın 31-də qəbul etdiyi yeni terror haqqında qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Qanuna görə, terror məqsədi ilə ölkəyə zərər vurmaq və qəsdən cinayət törətmək cəhdləri terror cinayəti sayıla bilər.
Terror təşkilatının fəal üzvü olarkən cinayət törətdiyi sübuta yetirilən şəxsin maksimum həbs cəzası altı ildən yeddi ilə artırılıb.
Terrorçuluğu maliyyələşdirmək, ictimai asayişi pozmağa çağırış, terror təşkilatına kadr toplamaq və terrorçulara təlim vermək kimi cinayətlərə görə bir ildən altı ilə qədər həbs cəzası verilə bilər. Sözügedən cinayətlərə görə altı ay həbs cəzası nəzərdə tutulurdu.
İsveç məhkəmələri cinayəti kimin törətməsindən və harada törədilməsindən asılı olmayaraq bütün cinayətləri mühakimə edə və qərar verə biləcək.
İsveç Kəşfiyyat Təşkilatı SEPO-dan verilən açıqlamada yeni qanunda cəzaların artırılmasının cinayətkarlar üçün bir siqnal dəyərində olduğu bildirilib.
Bəyanatda vurğulanıb ki, ölkə zorakılıq və ekstremistlər üçün sığınacaq olmamalıdır.
Mənbə: AA.com.tr
www.RIA24.az