Rusiyanın “Su-25” qırıcısı Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində qəzaya uğrayıb.
Məlumata görə, təyyarənin pilotu katapult edib.
İlkin məlumata görə, təyyarə elektrik cərəyanı naqilinə ilişib.
Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatına görə, “Su-25” planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.
Mənbə: UNİAN
www.RIA24.az