Qazaxıstan “Böyük Avrasiya” layihəsi ideyasını dəstəkləyir.
Bu barədə dövlət başçısı Kasım-Jomart Tokayev “Rossiya-24” telekanalının yayımladığı Sankt-Peterburq İqtisadi Forumunda (SPİF) çıxışı zamanı deyib.
“Sankt-Peterburq Forumu çərçivəsində, bildiyim kimi, Böyük Avrasiya Tərəfdaşlığının formalaşdırılması mövzusu maraqla müzakirə olunur – bu, Rusiya Federasiyasının təşəbbüsüdür. Qazaxıstan Böyük Avrasiya Tərəfdaşlığının yaradılması prosesinə müsbət münasibət bəsləyir”, – deyə o bildirib.
Daha əvvəl VEB.RF ekspertləri bildirmişdilər ki, Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Rusiya “Böyük Avrasiya” dövlətləri, o cümlədən Çin, Hindistan, İran və Türkiyə ilə inteqrasiyanı dərinləşdirməlidir.
Mənbə: Lenta.ru
www.RIA24.az