“Ötən il İranda 4 mindən çox tibb işçisi başqa ölkələrə mühacirət etmək üçün tələb olunan “məhkumluğun olmaması” sənədini almaq üçün müraciət edib”.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bunu İİR Tibb Sistemi Təşkilatının sədri Məhəmməd Rəiszadə mediaya açıqlamasında deyib.
O, xüsusən də son illərdə həkim və tibb bacılarının ölkəni tərk etməsinin narahatedici səviyyədə olduğunu deyib.
Qeyd edək ki, bir neçə gün öncə İran Parlamentinin Səhiyyə Komissiyasının sədri Hüseynəli Şəhriyari də son iki ildə minlərlə tibb işçisinin ölkəni tərk etdiyini demişdi. Həmçinin yerli mediada dolanışıq problemləri və maaşlarının aşağı olmasına görə, iranlı həkimlərin Türkiyə və Omana mühacirət etdikləri barədə xəbərlər verilir.
www.RIA24.az