İtaliyanın şimal hissəsi güclü yağışların və dolunun təsirinə məruz qalıb. Bir anda yaranan buzlu çay Toskana küçələri ilə axmağa başlayıb.
Bundan başqa, Val Di Kyana və Kastilyon-Fiorentino şəhərləri də zərər çəkib.
Təbii fəlakət nəticəsində ağaclar qırılıb, avtomobillərə, evlərə və infrastruktura, həmçinin kənd təsərrüfatına ziyan dəyib. Küçələrdə daşqın evlərin birinci mərtəbəsinə çatıb.
Zərərçəkənlər barədə məlumat verilməyib.
Mənbə: Quinewsarezzo.it
www.RIA24.az