İyunun 18-i “Bitcoin”in dəyəri 2020-ci ildən bəri ilk dəfə 20 000 dollardan (34 min manat) aşağı düşüb. Bakı vaxtı ilə 11:52-yə olan məlumata görə, kriptovalyuta 19 254 dollar (32,7 min manat) qiymətləndirilib.
“Bitcoin”in ardınca digər kriptovalyutaların qiymətində azalma qeydə alınıb. Xüsusilə, “Ethereum” qısa müddət ərzində 1 000 dollardan (1,7 min manat) aşağı düşüb.
Mənbə: Minfin.com
www.RIA24.az