Ukrayna Ali Radası Rusiya və Belarusdan kitabların ölkəyə idxalı və yayılmasının qadağan edilməsinə səs verib.
Bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak özünün “Telegram” kanalında yazıb.
“Parlament Rusiya Federasiyasından, onun müvəqqəti işğal etdiyi Ukrayna və Belarus ərazilərindən kitab və digər nəşriyyat məhsullarının idxalını və yayılmasını qadağan edib”, – yazaraq deputat qeyd edib.
Jeleznyak həmçinin bildirib ki, Ali Rada Ukrayna mediasında və ictimai yerlərdə Rusiya musiqisinin səsləndirilməsini də qadağan edib.
www.RIA24.az