Türkiyədə minarəsi samovar şəklində məscid inşa edildi – FOTO

Dünya

Giresunda minarəsi samovar şəklində olan Yaşıl Məscidin inşası tamamlanıb.

Vilayətin Eynəsil rayonundakı ibadətgahın əsası 1987-ci ildə qoyulub.

Yaşıl Məscid Səlcuq və Osmanlı memarlığından ilhamlanaraq layihələndirilib.

Yerli dərnəyin sədri Ayhan Tufanoğlu minarənin formasını yerli çay ənənələrinin təbliği ilə izah edib.

“Bura çayın məmləkətidir. Beş çay fabrikimiz var. Biz çayımızı tanıtmaq, təbliğ etmək istədik. Samovarda çay içməyin başqa mənası var. İnsanlar samovarın ətrafına toplaşır. Bu baxımdan samovar insanları birləşdirən yaxşı bir rəmzdir”., – deyə o, bildirib.

Mənbə: “Haber Global”

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir