Türkiyənin Kocaeli şəhərində saxlanılan suriyalı qaçqın bölmədə polisə hücum edərək ələ keçirdiyi silahla atəş açıb.
32 yaşlı A.T. xəstəxanada özünü otağına bağlayaraq kəsici alətlə intihara cəhd edib. Suriyalı olduğu məlum olan A.T. intihardan çəkindirilib və intihara cəhd etdiyi üçün barəsində tədbir görülüb.
O, ifadəsi bitdikdən sonra polis idarəsindən çıxarkən polis əməkdaşının başına yumruqla vurub və boynundan tutaraq onu yerə yıxıb. Başı mərmər döşəməyə dəyən polis əməkdaşı müvəqqəti olaraq yaddaşını itirib. Yerə yıxılarkən polisin belindən düşən tapançanı götürən A.T. bölmədə təsadüfi atəş açmağa başlayıb. Bu zaman polislərdən biri ayağından güllə yarası alıb. Hadisəyə müdaxilə edən polis isə əlindən xəsarət alıb.
Hücum edən A.T. sol ayağının baldırından açılan atəşlə zərərsizləşdirilərək xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: T24
www.RIA24.az