Litvanın müvəqqəti işlər vəkili Virciniya Umbrasene Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Buna səbəb Litvanın Rusiyanın Kalininqrad vilayətindən bir sıra malların tranzitini dayandırmaq qərarı olub.
“Biz Litva tərəfinin beynəlxalq hüququn öhdəliklərini, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiyanın digər əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımlarını açıq düşmənçilik kimi qiymətləndirdiyimizi bildirdik.
Bununla bağlı bəyan etdik ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, o zaman Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır”, – Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.
Mənbə: Eadaily.com
www.RIA24.az