Qırğızıstanın eks-prezidenti Əsgər Akayev 2005-ci ildə baş verən “Lalə İnqilabı”nı dövlət çevrilişi adlandırıb və bunu ABŞ-ın təşkil etdiyini deyib.
O, bu barədə Almatıda mühazirə oxuyarkən bəyan edib.
“ABŞ səfiri cənab Yanq xüsusilə Gürcüstan və Ukraynadakı inqilablardan sonra ştatların çevrilişlər təşkil etdiyini açıq şəkildə söylədi”, – deyə Akayev bildirib.
Sabiq prezident etiraf edib ki, 2005-ci ilin martında ölkəni tərk edərkən səhvə yol vermiş ola bilər. Lakin keçmiş dövlət başçısının dediyinə görə, həmin vaxt adının qan tökülməsində hallanmamasına qərar verib.
Mənbə: Tsargrad
www.RIA24.az