Taxıl böhranını həll etmək üçün İstanbulda dördtərəfli görüş keçiriləcək.
Türkiyə Prezidenti Administrasiyasından yayılan xəbərə görə, görüşdə Türkiyə, Rusiya, Ukrayna və BMT rəsmiləri iştirak edəcəklər. Sammitdə Rusiya və Ukrayna nümayəndə heyətləri ilə yanaşı, prezident Ərdoğan və BMT-nin baş katibi də iştirak edə bilər.
Görüşün yaxın on gün ərzində baş tutacağı bildirilib.
Həmçinin, bu həftə hərbi nümayəndə heyətinin Ukrayna limanlarında yığılıb qalmış taxılın daşımasının təfərrüatlarını müzakirə etmək üçün Rusiyaya gedəcəyini vurğulanıb.
Mənbə: “Haber Global”
www.RIA24.az