Fransada hərbi poliqonda dördüncü gündür, yanğın davam edir

Dünya

Fransadakı hərbi poliqonda şənbə günü artilleriya atəşi nəticəsində baş verən yanğınla mübarizə davam edir.

Poliqon ölkənin cənub-qərbində, Aralıq dənizi sahilində, Var departamentində, Kanjue əhəngdaşı yaylasında yerləşir və 35 000 hektar ərazini əhatə edir. O, Qərbi Avropanın ən böyük poliqonlarından biridir.

Yanğın iyunun 18-də səhər saatlarında artilleriya atəşi zamanı başlayıb. Poliqon ən yaxın yaşayış məntəqələrindən onlarla kilometr aralıda yerləşdiyi üçün yaşayış məntəqələrinə heç bir təhlükə yoxdur.

Bazar ertəsi axşam yanğınsöndürənlərin yaxınlığında mərmi partlayıb. O zaman orada 28 nəfər olub. Yanğınsöndürənlərdən biri avtomobilin ön şüşəsinin çatlaması nəticəsində yüngül xəsarət alıb. Digərlərində isə eşitmə problemi yaranıb. 

Yanğının təxminən 1000 hektar ərazini məhv etdiyi deyilir. Onu aradan qaldırmaq üçün 300 nəfər cəlb olunub.

Faktla bağlı hərbi prokurorluq cinayət işi açıb.

Mənbə: Yevropeyskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir