BMT: “İranda üç ayda 100-dən çox insan edam edilib” – FOTO

Dünya

BMT-nin İnsan Hüquqları Şurasının 50-ci sessiyasında təqdim edilən hesabatda İran hökuməti tərəfindən insan haqlarının pozulması ilə bağlı çoxsaylı hallar sadalanıb.

BMT Baş katibinin insan hüquqları üzrə müavini Nada əl-Naşif 2022-ci ilin ilk 3 ayı ərzində İran hökumətinin 100-dən çox məhkumu edam etdiyini vurğulayıb.

Nada əl-Naşif iyunun 31-də BMT Baş katibi Antonio Quttereşin İranla bağlı son hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim edərək, 2020-ci ildə İranda 260 məhkumun edam edildiyini, bu sayın 2021-ci ildə 14-ü qadın olmaqla 310 nəfərə çatdığını söyləyib.

O, daha sonra bu artım tendensiyanın davam etdiyini və təkcə 2022-ci ilin birinci rübündə, yəni yanvarın 1-dən martın 20-dək İslam Respublikasında ən azı 105 nəfərin edam hökmünün icra olunduğunu və onların bir çoxunun etnik, dini və milli azlıqlara mənsub olduqlarını bildirib.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir