Yakutiyada son 24 saat ərzində ikinci təyyarə yoxa çıxıb.
Belə ki, “An-30” eniş etməli olduğu Olenyok hava limanından təxminən 30 kilometr aralıda radarlardan itib.
Məlumata görə, kommersiya uçuşu həyata keçirən təyyarə Yakutsk – Olenyok marşrutu üzrə uçub. İlkin məlumatlara görə, təyyarədə 5 ekipaj üzvü və 6,3 ton yük (ərzaq) olub.
Axtarışlara Mi-8 helikopteri cəlb olunub.
Xatırladaq ki, iyunun 21-də Yakutiyada “An-2” təyyarəsi radardan itib.
Mənbə: Sakha Day
www.RIA24.az