Fin ordusunun komandanı: “Ukrayna Rusiya üçün çətin hədəf oldu və Finlandiya ilə də eyni olacaq”

Dünya

“Finlandiya Rusiyanın mümkün hücumuna hazırdır və bu baş verərsə, müqavimət göstərmək gücündədir”.

Bu barədə Finlandiya Müdafiə Qüvvələrinin komandanı, general Timo Kivinen “Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən bəri Finlandiya məhz indi Ukraynada baş verən “atəş gücündən, zirehli texnikadan və aviasiyadan kütləvi istifadə etməklə” aparılan müharibə aparmaq üçün hərbi sahəni sistemli şəkildə inkişaf etdirir.

“Ukrayna (Rusiya üçün) çətin hədəf oldu, Finlandiya ilə də eyni olacaq”, – deyə Finlandiya Müdafiə Qüvvələrinin komandanı bildirib.

O əlavə edib ki, Finlandiya qoşunlarının Ukrayna qoşunları kimi mühüm amili var – döyüş motivasiyası onlara üstünlük verir.

Mənbə: Evropeyskaya pravda

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir