İyunun 22-də Tehranın Mohsenian küçəsində güllələnərək öldürülən İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti, nüvə sənayesi üzrə mütəxəssisin şəxsiyyəti məlum olub.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumatda Tehranın 3-cü bölgəsində öldürülən şəxsin soyadının Dinəhmədi olduğu bildirilir.
Qeyd edək ki, Fransanın “i24” saytı yerli mənbələrə istinadən iyunun 22-də İranın Müdafiə Nazirliyinə bağlı bir alim və onun həmkarının Tehranda silahlı şəxslər tərəfindən qətlə yetirildiyi barədə xəbər yaymışdı.
www.RIA24.az