Avropa Şurası Parlament Assambleyası Malayziyanın “Boeing MH17” təyyarəsinin qəzasına görə məsuliyyət daşıyanların həbsinə dair qətnaməni təsdiqləyib.
Bu barədə AŞPA-nın saytında bildirilir.
Məlumatda deyilir ki, təyyarəni vuran “Buk” raketi Rusiya Federasiyasının hərbi birləşmələri tərəfindən idarə olunub.
“Assambleya bəyan edib ki, “Malaysia Airlines”a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Rusiya hakimiyyətinin yaydığı dezinformasiya həlak olanların qohumlarına və yaxınlarına ağrı və iztirab verib”, – deyə saytda bildirilib.
AŞPA-da bəyan edilib ki, Rusiya tərəfi həqiqəti gizlətmək üçün radarlardan, peyklərdən və digər məlumatlardan saxtalaşdırılmış məlumatlar təqdim edib.
“Boeing MH17”nin Ukraynaya məxsus “Su-25” və “MiQ-29”lar tərəfindən vurulması, həmçinin “Buk”un Ukrayna tərəfinə aid olması ilə bağlı versiyalar tamamilə təkzib edilir”, – deyə assambleyadan bildirib.
AŞPA nümayəndələri vurğulayıblar ki, onlar Rusiyadan baş verənlərlə bağlı həqiqi məlumat verməsini, həmçinin həlak olanların yaxınlarından çəkilən ağrı və iztirablara görə üzr istəməsini tələb edirlər.
Xatırladaq ki, 2014-cü ilin yayında “Malaysia Airlines” şirkətinə məxsus “Boeing-777” təyyarəsi Ukraynanın Donetsk vilayətində vurulub. Təyyarənin göyərtəsində olan 298 nəfərin hamısı həlak olub. Hadisənin araşdırılması ilə Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynanın nümayəndələrindən ibarət Birgə təhqiqat qrupu (JİT) məşğul olur.
Məhkəmə iş üzrə yekun hökmü 2022-ci ilin sonunda verəcək.
Mənbə: utro.ru
www.RIA24.az