Ukraynalı müdafiəçilər Severodonetski tərk edirlər

Dünya

Ukrayna hərbçiləri Severodonetski tərk etməli olacaqlar.

Bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

O bildirib ki, artıq bu əraziyə hücum olunmadığından burada qalmağa da ehtiyac yoxdur.

Qayday qoşunların çıxarılması barədə qərarın artıq qəbul olunduğunu təsdiqləyib.

Severodonetskdə indi ön sıralarda həm Ukrayna Silahlı Qüvvələrinin, həm də Milli Qvardiyasının döyüşçüləri dayanırlar.

Şəhərin infrastrukturu tamamilə dağılıb, evlərin 90%-i zədələnib və ya məhv edilib.

Müharibə Araşdırmaları İnstitutunun mütəxəssislərinin fikrincə, şəhərin işğalı müharibədə mühüm dönüş nöqtəsi olmayacaq. Ukrayna Silahlı Qüvvələri döyüşlərdə əsas vəzifəni yerinə yetirib – düşmənin resurslarını tükəndiriblər.

Severodonetsk uğrunda döyüşlər, ehtimal ki, Rusiya qoşunlarının ümumi imkanlarını zəiflətdi, onların daha sərfəli irəliləmə xətlərində cəmləşməsinə mane oldu.

Buna görə rusların, məsələn, birbaşa Slavyanska hücum etmək üçün kifayət qədər gücü yoxdur.

Mənbə: UNİAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir