Rusiya ordusu artıq Ukraynada 338 uşağı qətlə yetirib.
Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram” kanalında məlumat yayıb.
“Rusiya Federasiyasının dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində 4 ay ərzində Ukraynada 948-dən çox uşaq zərər çəkib. 338 uşaq həlak olub, 610-dan çox uşaq yaralanıb”.
Ən çox uşaq ölümünün baş verdiyi ərazilər Donetsk vilayəti (335 nəfər), Xarkov vilayəti (177 nəfər) və Kiyev vilayətidir (116 nəfər).
www.RIA24.az