İrəvan-Mehri yolunun Qərbi Zəngəzurdan keçən hissəsində hərbçiləri daşıyan Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” markalı avtomobillə “Mercedes-Benz” markalı minik avtomobili toqquşub.
Qəzanın səbəbləri hələlik məlum deyil.
Qəza nəticəsində bir hərbçi yerindəcə ölüb, dördü müxtəlif dərəcəli bədən xəsarətləri ilə hərbi hospitala yerləşdirilib.
Polis sürücülərin, ölənlərin və yaralıların kimliyini müəyyənləşdirir.
Mənbə: Sputnik Armenia
www.RIA24.az