ABŞ ordusunun generalı Kristofer Kavoli NATO-nun Avropadakı qüvvələrinin yeni komandiri kimi Senat tərəfindən təsdiqlənib.
Kavoli hazırda Avropa qitəsində ABŞ Ordusunun qüvvələrinə komandanlıq edir. O, ABŞ Hərbi Hava Qüvvələrinin generalı Todd Uoltersdən sonra ABŞ-ın Avropa Komandanlığının rəhbəri və həmçinin NATO qüvvələrinin baş komandanı olacaq.
Kavoli iyulun 1-də keçiriləcək mərasimlə vəzifəsinin icrasına başlayacaq.
Mənbə: RBC-UKRAİNA
www.RIA24.az