Rusiya Moldovaya hədə-qorxu gəldi: “Moskvadan cavab gecikməyəcək”

Dünya

“Moldova Avropa İttifaqına (Aİ) daxil olmasa belə, Rusiyaya qarşı sanksiyalara qoşulmağa hazırdır, lakin Moskvadan cavab gecikməyəcək”.

Bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Kişinyovun Aİ-yə namizədlik statusu almasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Moldova hökuməti lokomotivdən qabağa qaçır.

“Yeni ağalarının xoşuna gəlməyə çalışaraq, Aİ-də olmadıqları üçün ölkəmizə qarşı Avropa sanksiyalarına qoşulmağa hazırdırlar. Qoy elə olsun. Qoy cəhd etsinlər. O zaman 100% əmin ola bilərlər ki, bizdən nəinki “bahalı” enerji və digər resursları, ümumiyyətlə heç bir şey almayacaqlar. Qoy onlar Aİ-yə daxil olmamışdan əvvəl sanksiyalardan həzz alsınlar”, – deyə Medvedev xəbərdarlıq edib.

Mənbə: TASS

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir