Belarus Prezidenti Aleksandr Lukaşenko Sankt-Peterburqda rusiyalı həmkarı Vladimir Putinlə danışıqları zamanı bildirib ki, ABŞ və NATO təyyarələrinin nüvə döyüş başlıqları və nüvə yükləri daşımağa hazırlaşan təlim uçuşlarından çox narahatdır.
“Bütün bunlara cavab olaraq “güzgü cavabı”nı nəzərdən keçirməyinizi xahiş edirəm. Onlar nüvə başlıqları daşımaq üçün təlim keçirlər – xahiş edirəm, heç olmasa, nüvə başlıqları daşıya bilən təyyarələri uyğunlaşdırmaqda bizə kömək edin” – deyə Aleksandr Lukaşenko vurğulayıb.
Öz növbəsində Belarus prezidentinin müraciətinə münasibət bildiriən V.Putin deyib:
“Olar, amma “güzgü cavabı”nı verməyə ehtiyac yoxdur. Sizinlə razıyam ki, biz müttəfiqlərimizin təhlükəsizliyini təmin etməliyik. Belarusun ixtiyarında “Su 25” döyüş təyyarələri var, biz onları modernləşdirib sizin istifadənizə verəcəyik. Bundan əlavə biz yaxın aylar ərzində Belarusa “İskəndər-M” əməliyyat-taktiki raket komplekslərini təhvil verəcəyik” – deyə V. Putin vurğulayıb.
www.RIA24.az