“Ukrayna hər şeyə hazırdır və edilən bütün pisliklərin cəzasını mütləq verəcək”.
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak hesab edir ki, Rusiya kütləvi gecə atəşindən istifadə etməklə ukraynalıları qorxutmaq və panika yaratmaq istəyib.
O, bu barədə “Twitter” hesabında bildirib.
“48 qanadlı Rusiya raketi. Gecə ərzində. Bütün Ukraynada. Yalnız mülki hədəflərə… Rusiya hələ də Ukraynanı qorxutmağa, çaxnaşma yaratmağa və insanların Z-canavarlardan qorxmasına çalışır…”, – deyə Podolyak qeyd edib.
O, əlavə edib ki, “Ukrayna hər şeyi bilir, hər şeyə hazırdır və bütün pisliklərin cəzasını mütləq verəcək”.
Mənbə: UNİAN
www.RIA24.az