Türkiyədə yerli STM500 sualtı qayığının istehsalı prosesinə satrt verilir.
Bu barədə ölkənin müdafiə sənayesi naziri İsmail Dəmir paylaşım edib.
Onun sözlərinə görə, bütünlüklə türkiyəli mühəndislər tərəfindən yerli texnologiyalar hesabına layihələndirilən sualtı qayığının istehsalı prosesi ilk olaraq sınaq nüssxələrin hazırlanması ilə başlayacaq.
Dəmir qayığın ən qabaqcıl və müasir döyüş sistemləri ilə təchiz ediləcəyini bildirib. STM500 açıq dənizdə və dayaz sularda hərəkət edə biləcək. O,
kəşfiyyat və müşahidə, xüsusi təyinatlı qüvvələrin əməliyyatları və sualtı qayıqlara qarşı döyüş kimi taktiki ehtiyaclara cavab verəcək.
1️⃣ Milli denizaltı serüvenimizde tarihi adım!
Türk mühendisleri tarafından tamamen milli imkanlarla tasarlanan #STM500 denizaltısının üretim faaliyetine mukavim tekne test üretimi ile başlıyoruz.
➡️ @STMDefence pic.twitter.com/e2uQZN12bE
— Ismail Demir (@IsmailDemirSSB) June 26, 2022
www.RIA24.az