Rusiya ordusu Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə raket hücumu həyata keçirib. Həmin an binada mindən çox ziyarətçi olub.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.
“İşğalçılar mindən çox dinc sakinin olduğu ticarət mərkəzini raketlərlə atəşə tutublar. Ticarət mərkəzi yanır, xilasedicilər yanğını söndürür, qurbanların sayını təsəvvür etmək mümkün deyil”, – Zelenski yazıb.
O, bu obyektin Rusiya ordusu üçün heç bir təhlükə və strateji əhəmiyyət daşımadığını vurğulayıb.
www.RIA24.az