Moskva ABŞ-a qarşı sanksiyalar siyahısına daha 25 nəfərin, o cümlədən ABŞ Prezidenti Co Baydenin ailə üzvlərinin adlarını əlavə edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi çərşənbə axşamı bildirib.
“ABŞ-ın Rusiyanın siyasi və ictimai xadimlərinə qarşı durmadan genişlənən sanksiyalarına cavab olaraq rusofobiya kursunun formalaşmasına məsul olan senatorlar, anti-Rusiya restriksiyaları ilə bağlı tövsiyələr hazırlayan “Makfol-Yermak” adlı qrupun üzvləri, o cümlədən Prezident Co Baydenin ailə üzvləri də daxil olmaqla 25 Amerika vətəndaşı “stop-siyahı”ya daxil edilib”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş bəyanatında bildirilir.
Siyahıya xüsusən də ABŞ Prezidentinin həyat yoldaşı və qızı – Cill və Eşli Bayden daxil ediliblər.
Sanksiyaya məruz qalan ABŞ vətəndaşlarının ümumi sayı 1048 nəfərə çatıb.
Mənbə: İnterfaks
www.RIA24.az