Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden İspaniya kralı ilə ziyafətdə əyləşəcəyi yeri itirib. Kuryoz hadisə G7 sammiti zamanı baş verib. Bununla bağlı yayılan kadrlarda Ağ Ev rəhbərinin oturmaqda tərəddüd etdiyi və ipucu tapmaq üçün çaşqın halda masanın ətrafına baxdığı görünür.
Xatırladaq ki, bir müddət əvvəl Bayden jurnalistlərlə brifinqi zamanı təsadüfən “şparqalka”sını nümayiş etdirmişdi.
Qeyd edək ki, onun tədbirlərdə necə davranmalı olduğuna dair tövsiyələrin yer aldığı vərəqədə oturmaq da daxil olmaqla hər xırda addım qeydə alınır.
Mənbə: MK.ru
www.RIA24.az