Rusiyada doqquz yaşlı məktəbli Elbrusa qalxaraq rekorda imza atdı

Dünya

Sankt-Peterburqdan olan 9 yaşlı məktəbli Milla İllarionova Elbrusa qalxan ilk qız olub.

Onun bu işə marağı alpinizm üzrə idman ustası və təlimatçı olan atasının sayəsində yaranıb.

Millanın anasının sözlərinə görə, qızı Elbrusa qalxmazdan əvvəl çox məşq edib. Səfər zamanı atası onu müşayiət edib. Zirvəyə qalxma və enmə 12 saat çəkib. Qeyd edək ki, ikinci sinif şagirdinin rekordu hələ rəsmi olaraq qeydə alınmayıb. Bu məqsədlə valideynlər rekordlar reyestrinə müraciət etməyi planlaşdırırlar.

Mənbə: kp.ru

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir