Göbeklitəpədə 20 kilo ağırlığında geyim – FOTO

Dünya

Türkiyənin Şanlıurfa bölgəsində 12 min illik tarixi ilə “tarixin sıfır nöqtəsi” sayılan və YUNESKO-nun Dünya İrs Siyahısında yer alan Göbeklitəpədə moda çəkilişi keçirilib.

Çəkilişlərdə “Miss Europe 2021” gözəllik yarışmasının 3-cü qalibi Duyğu Çakmak iştirak edib. Çakmak 20 kiloqramlıq geyimi diqqət çəkib.

Göbeklitəpədə çəkilişlərə qatılan modelin jurnal və kataloqlarda istifadə olunacaq fotoçəkilişləri 8 saat davam edib.

Duyğu Çakmağın üzərində modelyer Perihan Demirdelen tərəfindən Göbeklitəpədən ilhamlanaraq hazırlanan və çəkilişlərini moda fotoqrafı Turan Altayın gerçəkləşdirdiyi 20 kiloqramlıq geyimlər də diqqət çəkib.

Mənbə: Snobmagazin

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir