Sahibkarlığın İnkişafı Fondu iş adamlarına müraciət etdi

Araşdırma Dünya Gündəm

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti olmayan mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını davam etdirir.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli Qərarı ilə təsdiq edilən “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”na uyğun olaraq, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanan faizlərə görə subsidiyalar verilir.

Qeyd olunub ki, bu mexanizm dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfelini əhatə edir və həmin portfel üzrə sahibkarların 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlər üzrə faiz dərəcəsinin 10 faiz bəndi dövlət tərəfindən maliyyələşdirilir.

Bu proses mart ayından başlayaraq 12 ay ərzində həyata keçiriləcək. Bu məqsədlə 100 milyon manat nəzərdə tutulub.

Bunun 50 milyon manatı Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına, 50 milyon manatı isə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına təmin ediləcək. Bu, zərər çəkmiş sahibkarların kredit yükünü azaltmaqla yanaşı, bankların likvidliyinin artırılmasına da müsbət təsir edəcək.  

Sahibkarlığın İnkişafı Fondu bir daha sahibkarların nəzərinə çatdırır ki, faiz subsidiyası almaq üçün kredit aldıqları təşkilata müraciət oluna bilər.

Sahibkarlıq subyektləri sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dəstək tədbirləri, o cümlədən dövlət zəmanətli kreditlərin verilməsi və faizlərin subsidiyalaşdırılması barədə ətraflı məlumatı Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsindən (www.edf.gov.az) və ya Fondun Sahibkarlara Xidmət Mərkəzinə zəng etməklə (telefon: +994 12 310 23 00) əldə edə bilərlər.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir