“Qazprom”un səhmlərinin qiyməti şirkətin səhmdarlar yığıncağının dividendlərin ödənilməməsi barədə qərarından dərhal sonra 30% ucuzlaşıb.
Moskva birjası şirkətin səhmlərinin ticarətini dayandırıb və diskret hərrac keçirib.
“Qazprom”un səhmdarları bu gün keçirilən illik yığıncaqda mənfəəti investisiyalar və təkmilləşməyə yönəltmək qərarına gəliblər və direktorlar şurasının tövsiyəsini bəyənməyiblər.
“Səhmdarlar qərara gəliblər ki, hazırkı vəziyyətdə 2021-ci il üçün dividendlərin ödənilməsi məqsədəuyğun deyil”, – deyə “Qazprom”un İdarə Heyətinin sədr müavini Famila Sadıqova bildirib.
“Mənfəət rayonların qazlaşdırılmasına, qarşıdan gələn qışa hazırlığa və faydalı qazıntıların hasilatı vergisinin (MET) ödənilməsinə “artırılmış məbləğdə” sərf olunacaq”, – deyə o qeyd edib.
Mənbə: Vesti.ru
www.RIA24.az