İyunun 29-u axşam saatlarında Rumıniyada Ukraynaya məxsus 15 taxıl vaqonu relsdən çıxıb.
Bu barədə “Ukrzaliznisa” rəhbəri Aleksandr Kamışin məlumat verib.
O qeyd edib ki, bu vaqonlar Rumıniya limanında taxıl boşaldandan sonra boş qayıdan 32 vaqonlu qatarın bir hissəsi olub. Qatarda olan 32 vaqonun hamısı Ukraynanın özəl operatoruna məxsusdur.
Hadisənin təfərrüatı araşdırılır.
Mənbə: Ekonomiçeskaya pravda
www.RIA24.az