Hollivud ulduzu Kameron Diaz “təqaüddən qayıdıb”.
Diaz 2018-ci ildə Hollivuddan getdiyini rəsmən təsdiqləyib. Amma indi o, “Netflix”in yeni filmi olan “Back in Action”da rol almağa hazırlaşır. Diaz baş rolu Ceymi Foksla paylaşacaq.
Onlar 2014-cü ildə Diazın son bədii filmi “Annie”də birgə rol alıblar.
“Ceymi Foks, yalnız sən məni yoluma qaytara bilərsən. Səbirsizliklə gözləyirəm, bu, çox gözəl olacaq!” – deyə aktrisa sosial şəbəkə hesabında paylaşıb.
“Netflix” filmin nümayiş tarixini açıqlamayıb.
Mənbə: Mk.ru
www.RIA24.az