Rusiyalı hərbçilər Zmeyinı adasından necə qaçdılar? – TƏFƏRRÜAT

Dünya

Ukrayna hərbçilərinin Zmeyinı adasında Rusiya qüvvələrini raket və artilleriya zərbələrinə məruz qoyması nəticəsində düşmənin səhra silah anbarı, “Tor” zenit-raket kompleksi, dizel generatoru olan qoşqu və bir ədəd kiçik qayıq məhv edilib.

Bu barədə “Pivden” operativ komandanlığından bildirilib.

Məlumata görə, Rusiya ordusu geri çəkilərkən özünün reaktiv yaylım atəş sistemini və “Tor” ZRK-nın daşıyıcı-doldurucu maşınını partladıb.

“…Zmeyinı adasından şəxsi heyətin təcili təxliyəsini başa çatdıran raşistlər hərbi texnikanı, sənədləri və əmlakı məhv ediblər. Yəqin ki, adanın yaxınlığındakı ərazinin, estakadanın və ətraf suların minalanması həyata keçirilib…” – deyə Ukrayna Silahlı Qüvvələrindən bildirilib.

Mənbə: UNİAN

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir