Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova Rusiya rəhbərliyi qarşısında təcili olaraq Sofiyadakı səfirliyin bağlanması məsələsini qaldıracağını bildirib.
“Bu addımın sonrakı ağır nəticələrinə görə məsuliyyət tamamilə Kiril Petkov hökumətinin üzərinə düşür”, – Rusiyanın Bolqarıstandakı səfiri özünün sosial şəbəkə hesabında yazıb.
O əlavə edib ki, Rusiyanın Bolqarıstandakı səfirliyinin bağlanması öz növbəsində Bolqarıstanın Moskvadakı diplomatik nümayəndəliyinin bağlanmasına gətirib çıxaracaq.
Qeyd edək ki, Bolqarıstanın baş naziri Kiril Petkov 70 rusiyalı diplomatın “persona non-qrata” elan edilməsi qərarını dəyişdirməyəcəyini bildirib.
Kiril Petkov ölkə parlamentindəki çıxışında rusiyalı diplomatları xüsusi xidmət orqanlarının əməkdaşları olduqlarını bəyan edib.
Mənbə: İnterfaks
www.RIA24.az